Suriyada kürd terrorçuları bu ərazilərdən QOVULDU

Hazırda oxunan: Suriyada kürd terrorçuları bu ərazilərdən QOVULDU

591333

Suriya ordusunun Fəratın qərbində irəliləməsi və bir neçə mühüm bölgəni geri alması nəticəsində bir sıra strateji obyekt dövlətin nəzarətinə keçib.

Bizim.Media  xəbər verir ki, bu barədə Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir məlumat verib.

Nazir müvafiq qurumların, əsasən neft yataqları və su nasos stansiyaları kimi mühüm obyektlərdə fəaliyyətin və xidmətlərin davamlılığını təmin etmək məqsədilə artıq işlərə başlandığını bildirib.

Suriya ordusu, eyni zamanda ölkənin şimalındakı Raqqa əyalətindəki əl-Tabqa hərbi aerodromuna nəzarəti ələ keçirib və PKK yaraqlıları mövqelərindən qovulub.

Bundan əvvəl əməliyyat komandanlığı ərazidəki PKK qüvvələrinin mühasirəyə alındığını açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin