İsrail Ordusu və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) atəşkəs razılaşmasının kobud şəkildə pozulmasına cavab olaraq Qəzza sektorundakı obyektlərə bir sıra zərbələr endirib.Buna səbəb Rafahın qərb hissəsində İsrailə məxsus zirehli avtomobilin silahlı döyüşçülər tərəfindən atəşə tutulması olub.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində HƏMAS və “İslami Cihad”ın bir neçə əsas nümayəndəsi məhv edilib. Onların arasında 7 oktyabr 2023-cü il hücumunun hazırlanmasında və 1995-ci ildə Nahal-Oz keçid məntəqəsində törədilmiş terror aktında iştirak etmiş HƏMAS-ın “Mərkəzi düşərgələr” briqadasının əməliyyat şöbəsinin rəhbəri Məhəmməd Xuli də var.
Həmçinin Qəzza sektorunun mərkəzi hissəsində “İslami Cihad”ın raket bölməsinin komandiri Əşrəf əl-Xətib və Deyr əl-Bələh bölgəsində HƏMAS batalyonunun snayper bölməsinin rəhbəri Səid Əbd ər-Rəhman da zərərsizləşdirilib.
Bundan başqa, Qəzzada terror infrastrukturu bərpa etməyə cəhd göstərən daha iki HƏMAS döyüşçüsünün məhv edildiyi ayrıca bildirilib.


Bizim.Media

- A-
- A
- A+
Dünya
22:58 / 17.01.2026
İsrail ordusu HƏMAS komandirlərini zərərsizləşdirdi - FOTO
Hazırda oxunan: İsrail ordusu HƏMAS komandirlərini zərərsizləşdirdi - FOTO
Hazırda oxunan: İsrail ordusu HƏMAS komandirlərini zərərsizləşdirdi - FOTO
591316
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































