“Trampın danışdıqları cəfəngiyatdır” - İran prokuroru

Hazırda oxunan: “Trampın danışdıqları cəfəngiyatdır” - İran prokuroru

591284

“Donald Trampın danışdıqları cəfəngiyatdır və öz işi ilə məşğul olmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Tehran prokuroru Əli Salehi ABŞ liderinin İranda 800 nəfərin edamının dayandırılmasının zəruriliyi ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.

Salehinin sözlərinə görə, hakimiyyət orqanlarının cavabı qətiyyətli, çəkindirici və sürətli olacaq.

O, həmçinin etiraz aksiyalarının iştirakçıları ilə bağlı çoxsaylı işlər üzrə artıq ittihamların irəli sürüldüyünü və materialların məhkəməyə göndərildiyini qeyd edib.

Qeyd edək ki, İranın bütün şəhərlərində güc strukturlarının tədbirlərinin sərtləşdirilməsi ölənlərin sayında kəskin artıma işarə edir. Mənbələrin iddiasına görə, bəzi bölgələrdə demək olar ki, hər ailə ya yaxınlarından birini itirib, ya da ən azı bir saxlanılan və ya yaralanmış qohumu var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin