Yüksək qida dəyərinə malik əsas məhsullardan biri olan yumurta təkcə əzələ və sümük inkişafına deyil, eyni zamanda immun sisteminin güclənməsinə də mühüm töhfə verir.
Bizim.Media xəbər verir ki, müvafiq qurumların 2025-ci ilə aid beynəlxalq hesabatlarına əsasən, dünyada ən çox yumurta istehlak edən ölkələr bəlli olub.
Məlumata görə, yumurta tərkibindəki A, B12 və B2 vitaminləri, eləcə də selenium və sink sayəsində orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.
Tərkibindəki kolin yaddaş, öyrənmə və sinir sistemi üçün vacibdir.Əzələ və sümük inkişafına kömək edir. Yüksək keyfiyyətli protein və D vitamini mənbəyidir.Göz sağlamlığını qoruyur. Lutein və zeaksantin yaşa bağlı göz xəstəlikləri riskini azaldır.
Yumurtanın ürək sağlamlığı üçün də faydalı olduğu qeyd edilir. Belə ki, balanslı istehlak edildikdə HDL (“yaxşı xolesterin”) səviyyəsini artıra bilər.Arıqlamaq istəyənlərə də yardım edir. Yumurta uzunmüddətli toxluq hissi yaratdığı üçün kökəlmənin qarşısını alır. Biotin və proteinlə zənginliyi isə dəri və saçlara xeyirdir.
Bəs hansı ölkələr ən çox yumurta istehlak edib?
2024–2025-ci illərin statistik göstəricilərinə əsasən siyahının birinci pilləsində Argentina durur.
Sonrakı 4 pillədə isə Meksika, Kolumbiya, Yaponiya, Çin qərarlaşıb. Türkiyə yumurta istehlakına görə 6-cı yerdədir. Digər dörd yeri isə müvafiq olaraq Braziliya, ABŞ, İspaniya və Almaniya bölüşdürürlər.
Mütəxəssislər qeyd edirlər ki, yumurta istehlakı ölkələrin mədəni qidalanma vərdişləri və iqtisadi imkanları ilə birbaşa bağlıdır.
Bizim.Media



































































































