Aİ HƏMAS və “İslami Cihad”a qarşı sanksiyaların müddətini UZATDI

Hazırda oxunan: Aİ HƏMAS və “İslami Cihad”a qarşı sanksiyaların müddətini UZATDI

591161

Avropa İttifaqı Şurası HƏMAS və “İslami Cihad”ı dəstəkləyən şəxslər və təşkilatlara qarşı tətbiq olunan sanksiyaların müddətini bir il – 20 yanvar 2027-ci ilədək uzatmaq barədə qərar qəbul
edib.

Bizim.Media xəbər verir ki, məhdudiyyətlər zorakı fəaliyyətlərdə və bu təşkilatların
maliyyələşdirilməsində iştirak edən 11 fiziki şəxs və 3 təşkilata şamil olunur.

Qərar 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumlarından sonra Aİ tərəfindən tətbiq edilən tədbirlər çərçivəsində qəbul edilib. Sanksiyalar terrorçu təşkilatların maliyyələşdirilməsinin qarşısını almağa və regionda sabitliyin dəstəklənməsinə yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin