Nobel Komitəsi icazə verdi: Mükafat Trampda qala bilər

Hazırda oxunan: Nobel Komitəsi icazə verdi: Mükafat Trampda qala bilər

591076

Norveç Nobel Komitəsi ABŞ prezidenti Donald Trampa Venesuelanın müxalifət lideri Mariya Korina Maçadonun Nobel Sülh Mükafatı medalını saxlamağa icazə verib.

Bizim.Media xəbər verir ki, komitə bu barədə X platformasında bildirib.

Açıqlamada deyilir: "Medal əldən-ələ keçə bilər, amma Nobel Sülh Mükafatının laureatının adı dəyişmir".
 

6 yanvarda Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ABŞ prezidentinə 2025-ci ildə aldığı Nobel Sülh Mükafatını verməyə hazır olduğunu bildirib. O, mükafatı alarkən onu Amerika liderinə həsr etdiyini, çünki onun buna layiq olduğunu düşündüyünü bildirib. Müxalifət lideri qeyd edib ki, 3 yanvarda Tramp bir çoxlarının qeyri-mümkün hesab etdiyi şeyə nail olub – Maduronu Venesuala prezidenti vəzifəsindən kənarlaşdırıb.


15 yanvarda Tramp Maçado ilə Ağ Evdə görüşüb. Danışıqlar zamanı müxalifət lideri Nobel Sülh Mükafatı medalını ABŞ prezidentinə təqdim edib. “Fox News”un məlumatına görə, Amerika lideri onu qəbul edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin