Venesuelanın müxalifət lideri və Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado mükafatını ABŞ Prezidenti Donald Trampa verdiyini açıqlayıb.
Bizim.Media "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Maçado jurnalistlərə açıqlamasında bildirib.
"Bolivar xalqı Vaşinqtonun varisinə, azadlığımıza göstərdiyi misilsiz sədaqətinin tanınması üçün Nobel sülh mükafatı medalını qaytarır", - Venesuela müxalifətinin lideri bildirib.
Qeyd edək ki, Nobel Komitəsi əvvəllər mükafatın verilməsi qərarının yekun olduğunu, yenidən baxıla bilməyəcəyini, mükafatın geri qaytarılmadığını, bölünə və ya başqa şəxslərə verilə bilməyəcəyini bildirib.
Xatırladaq ki, Venesuela müxalifətinin lideri Mariya Korina Maçado 2025-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb. Bu mükafata namizədlər siyahısında Donald Tramp da var idi.

Bizim.Media

- A-
- A
- A+
Dünya
08:33 / 16.01.2026
Nobel Sülh Mükafatı Trampa verildi – FOTO
Hazırda oxunan: Nobel Sülh Mükafatı Trampa verildi – FOTO
Hazırda oxunan: Nobel Sülh Mükafatı Trampa verildi – FOTO
591031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































