İranın dövlət bankı “Melli” terror təşkilatı elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats müvafiq bəyannamə imzalayıb.
Qərar İsrailin təhlükəsizlik xidmətlərinin müraciəti və Müdafiə Nazirliyi yanında terrorizmlə iqtisadi mübarizə üzrə qərargahın tövsiyəsi əsasında qəbul olunub.
Nazirlikdən bildirilib ki, bank İranın terror fəaliyyəti ilə əlaqəli strukturlarına maliyyə dəstəyi göstərilməsində əsas rol oynayır və beynəlxalq məhdudiyyətlərdən yan keçmək üçün alət kimi istifadə olunur.
Bizim.Media




































































































