Türkiyə iki ölkə ilə hərbi ittifaq qurur? - Hakan Fidandan AÇIQLAMA

Hazırda oxunan: Türkiyə iki ölkə ilə hərbi ittifaq qurur? - Hakan Fidandan AÇIQLAMA

590941

Türkiyənin xarici işlər naziri Hakan Fidana Ankaranın Səudiyyə Ərəbistanı və Misirlə iddia olunan hərbi ittifaq danışıqları barədə sual ünvanlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” saytı yazıb.

Fidan bildirib ki, təhlükəsizlik sahəsində əməkdaşlıq üçün bir platformanın yaradılmasına ehtiyac var:
 

“Təhlükəsizlik mövzusunda əməkdaşlıq platforması formalaşdırılmalıdır. Bu platforma yarandıqdan sonra, geniş bir çərçivədə problemlərin böyük ölçüdə həll olunacağını düşünürəm. Hazırda bu danışıqlar var, müzakirələr gedir, lakin hələlik hər hansı bir saziş imzalamamışıq”.


Beləliklə, Fidan Türkiyənin Misir və Səudiyyə Ərəbistanı ilə hərbi ittifaq danışıqları apardığını təsdiqləyib, eyni zamanda hələlik hər hansı hərbi ittifaq sazişinin imzalanmadığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin