Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadan Ermənistan ərazisində Azərbaycan və Türkiyə sərhədlərinə aparan dəmir yolu sahələrinin bərpası ilə bağlı məsələyə mümkün qədər tez qərar verməyi xahiş edib.
Bizim.Media xəbər verir ki, Paşinyan bu barədə brifinqdə danışıb.
“Bəli, bu məsələ müzakirə olunub. Mən bu mövzunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə də müzakirə etmişəm. Həmçinin Ermənistan baş nazirinin müavininin Rusiya hökumətinin sədr müavini ilə bu barədə danışmaq imkanı olub. Biz Rusiya Federasiyasındakı tərəfdaşlarımızın reaksiyasını gözləyirik”, – deyə o bildirib.
Baş nazir qeyd edib ki, yanvarın 13-də Mirzoyan və Rubio tərəfində “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin icrası ilə bağlı bəyanat imzalandıqdan sonra, dəmir yolu xətlərinin bərpası üçün münasib vaxt ən yaxın dövr hesab olunur.
“Hazırda proseslər gedir və siz bu barədə məlumatlandırılacaqsınız. Bu proseslər işlərin mümkün qədər tez görülməsini nəzərdə tutur. Biz də Rusiya tərəfdaşlarımızdan bu məsələ ilə bağlı qərar qəbul etməyi xahiş edirik”, – deyə Ermənistanın baş naziri vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:45 / 15.01.2026
Ermənistan Türkiyə və Azərbaycanla bağlı Rusiyadan nəyi xahiş edib?
Hazırda oxunan: Ermənistan Türkiyə və Azərbaycanla bağlı Rusiyadan nəyi xahiş edib?
Hazırda oxunan: Ermənistan Türkiyə və Azərbaycanla bağlı Rusiyadan nəyi xahiş edib?
590928
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































