SON DƏQİQƏ: ABŞ TRIPP layihəsi üçün ilkin olaraq 140 milyon dollar ayırdı

Hazırda oxunan: SON DƏQİQƏ: ABŞ TRIPP layihəsi üçün ilkin olaraq 140 milyon dollar ayırdı

590924

ABŞ TRIPP layihəsinin hazırlıq mərhələsi üçün artıq 140 milyon dollar ayırıb.

Bizim.Media Armenpress-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasından sonra jurnalistlərlə söhbətində bildirib.

“Hazırda mənim bildiyimə görə, layihənin hazırlıq prosesinə artıq 140 milyon dollar vəsait ayrılıb”, – deyə Paşinyan vurğulayıb.

Konkret investisiyalara gəlincə, baş nazir qeyd edib ki, bunlar layihələndirmə və smeta hesablamaları ilə bağlıdır. Bununla belə, onun fikrincə, investisiyaların çox böyük olacağı artıq indidən aydındır, lakin dəqiq məbləği demək hələ mümkün deyil.

Ermənistan və ABŞ TRIPP layihəsinin icra çərçivələri ilə bağlı birgə bəyanatla çıxış ediblər. Ermənistan TRIPP-in inkişafı üçün şirkətin yaradılmasına icazə verməyi və onu dəstəkləməyi planlaşdırır. Gözlənilir ki, bu şirkət TRIPP-in inkişafına cavabdeh olacaq və 49 il müddətinə tikinti hüququ əldə edəcək.

Ermənistan ABŞ-a TRIPP-in inkişafı üzrə şirkətin 74% səhmini təklif etməyi, özündə isə 26% pay saxlamağı nəzərdə tutur. Bu tərəfdaşlığın daha 50 il uzadılması gözlənilir və həmin mərhələdə Ermənistan hökumətinin payının 49%-ə çatdırılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin