Tailandda daha bir kran qəzası: 2 ölü, 5 yaralı var

Hazırda oxunan: Tailandda daha bir kran qəzası: 2 ölü, 5 yaralı var

590881

Tailandda daha bir qaldırıcı kran qəzası tələfata səbəb olub.

Bizim.Media Tailand mediasına istinadla xəbər verir ki, ölkənin Samutsakhon şəhərində qaldırıcı kranın avtomobil yoluna aşması nəticəsində azı 2 nəfər ölüb, 5-i xəsarət alıb.

Səhər saatlarında baş verən hadisə zamanı kranın bəzi hissələri yolda hərəkətdə olan 2 avtomobilin üstünə düşüb.

Krandan avtomobil yolunda körpünün inşasında istifadə olunurmuş.

Qeyd edək ki, yanvarın 14-də Tailandda dəmir yolunda inşaat işlərində istifadə edilən qaldırıcı kranın qatarın üzərinə düşməsi nəticəsində 32 nəfər ölüb, 64-ü xəsarət alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin