Yanvarın 14-də Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılışı olub.
Bizim.Media xəbər verir ki, mərasimdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzin qurulması istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib.
“Pakistan ASAN xidmət” mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır.
Mərkəzin girişində Azərbaycan–Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb. Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan sitatı da yer alır.



Bizim.Media

- A-
- A
- A+
Dünya
10:49 / 15.01.2026
Şahbaz Şərif ASAN Xidmətin açılışını etdi– FOTO
Hazırda oxunan: Şahbaz Şərif ASAN Xidmətin açılışını etdi– FOTO
Hazırda oxunan: Şahbaz Şərif ASAN Xidmətin açılışını etdi– FOTO
590873
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































