Qonşu ölkəyə 40 dərəcə şaxta ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Hazırda oxunan: Qonşu ölkəyə 40 dərəcə şaxta ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

590871

Yanvarın ikinci yarısında Moskvada havanın kəskin şəkildə soyuyacağı, sərt şaxtaların gözlənildiyi bildirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “MЕТЕО” proqnoz mərkəzinin rəhbəri Aleksandr Şuvalov “Avtoradio”ya müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, soyuqlar mərkəzi bölgələrdən daha əvvəl Ural və Sibirin cənubuna çatacaq.
 

Belə ki, Yekaterinburqda temperatur yanvarın 15-də mənfi 20–25 dərəcəyədək enə, sonrakı günlərdə isə mənfi 30–35 dərəcə səviyyəsinə düşə bilər. Regionun şimalında bəzi ərazilərdə temperaturun mənfi 40 dərəcəyədək enəcəyi proqnozlaşdırılır, lakin bu halın həftənin ikinci yarısında gözlənildiyi qeyd olunur.


Meteoroloji məlumatlara əsasən, soyuqların yayılmasına güclənən və genişlənən antisiklon səbəb olacaq. Həftəsonuna doğru antisiklon Rusiyanın Avropa hissəsinə, o cümlədən orta zolağa çatacaq. Bu ərazilərdə gecə saatlarında temperatur mənfi 25 dərəcəyədək, gündüz isə mənfi 20 dərəcə civarında olacaq.

Daha sonra soyuq hava dalğasının qərbə doğru yayılaraq Pskov, Kalininqrad və Sankt-Peterburqu da əhatə edəcəyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin