Rza Pəhləvi dünyaya bu vədləri verdi - Video

Hazırda oxunan: Rza Pəhləvi dünyaya bu vədləri verdi - Video

590848

“İranda hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə ölkə hərbi nüvə proqramını dayandıracaq, İsraili tanıyacaq və ABŞ-la münasibətlərin normallaşdırılmasına çalışacaq”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri İranın vəliəhd şəhzadəsi Rza Pəhləvi “X” hesabında paylaşdığı müraciətində ifadə edib.

Pəhləvi “dünyanın hər yerindən olan dostlarına” müraciətlə bildirib ki, mövcud sistem şəraitində İranın qlobal imici “terrorçuluq, ekstremizm və yoxsulluq”la assosiasiya olunur. Onun sözlərinə görə, “azad İran” isə regionda sabitləşdirici qüvvəyə və beynəlxalq arenada məsuliyyətli tərəfdaşa çevriləcək.

“Təhlükəsizlik və xarici siyasət sahəsində İranın hərbi nüvə proqramı dayandırılacaq. Terrorçu qruplaşmalara dəstək dərhal kəsiləcək. Azad İran terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotik dövriyyəsinə və ekstremist islamizmə qarşı mübarizədə regional və qlobal tərəfdaşlarla əməkdaşlıq edəcək”, — deyə Pəhləvi vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-la münasibətlər normallaşacaq, Amerika və onun xalqı ilə dostluq bərpa olunacaq, İsrail dövləti isə dərhal tanınacaq. 

“Biz Avraam sazişlərini ‘Kir’ sazişlərinə qədər genişləndirməyə çalışacağıq, azad İranı, İsraili və ərəb dünyasını bir araya gətirəcəyik. Qarşılıqlı tanınma, suverenlik və milli maraqlara əsaslanan yeni bir mərhələ başlayacaq”, — deyə Pəhləvi bildirib.

İqtisadiyyatla bağlı danışan vəliəhd qeyd edib ki, İran ticarətə, investisiyalara və innovasiyalara açılacaq, ölkə dünyanın ən böyük istifadə olunmamış bazarlarından biri kimi təqdim olunacaq.

O əlavə edib ki, gələcək İran etibarlı qlobal enerji təchizatçısına çevrilməyi və şəffaflıqla idarəetmənin beynəlxalq standartlarını tətbiq etməyi hədəfləyir.

Rza Pəhləvi beynəlxalq ictimaiyyəti İran xalqına dəstək verməyə çağıraraq bildirib: “Azad İran sülhün, rifahın və tərəfdaşlığın gücünə çevriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin