Britaniya Tehrandakı səfirliyini bağladı

Hazırda oxunan: Britaniya Tehrandakı səfirliyini bağladı

590841

Böyük Britaniya hökuməti regionda gərginliyin artması fonunda İrandakı Britaniya səfirliyinin müvəqqəti bağlanmasına qərar verib.

Bizim.Media “The Independent”ə istinadla xəbər verir ki, qərar İran rəhbərliyinin ABŞ prezidenti Donald Trampın mümkün hərbi zərbələrinə cavab olaraq regiondakı Amerika hədəflərini vuracağı ilə bağlı xəbərdarlıqlarından sonra verilib.

Qeyd edək ki, Böyük Britaniya həmçinin Qətərdə yerləşən və regionun ən böyük Amerika hərbi bazası olan Əl-Udeyd aviabazasından bəzi hərbçilərini geri çağırmağa başlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin