Bu ölkələrdə yaşa görə PENSİYA VERİLMİR

Hazırda oxunan: Bu ölkələrdə yaşa görə PENSİYA VERİLMİR

590775

Pensiya – yaşa dolduqda insanın maddi təminatını qismən həll edən gəlir formasıdır. Amma bəzi ölkələr ümumiyyətlə yaşa görə pensiya vermir.

Bizim.Media Rusiya mətbuatına istinadən bildirir ki, Rusiyada yalnız sığorta fonduna ən azı 15 il töhfə vermiş vətəndaşlar pensiya alırlar. Bu ölkədə əmək haqqı məbləğinə görə hesablanıb pensiya verilir.
 

Bəhreyn, Bosniya və Hersoqovina, Misir, Hindistan, Kamboca, Qətər, Küveyt, Laos, Birləşmiş Ərəb Əmirliklərində yaşa görə pensiya heç vaxt olmayıb. Bunun əvəzinə rəsmi olaraq işləyənlər üçün məcburi əmanət planları mövcuddur. İşçi əmək haqqının ortalama 10-12%-ni, işəgötürən isə ən azı 4%-ni ödəyir.


Hesablanmış faizlə birlikdə bütün məbləğ təqaüdə çıxdıqdan sonra ödənilir. Məcburi sosial sığorta yalnız dövlət qurumlarında və müəyyən kateqoriyalı özəl şirkətlərdə çalışan vətəndaşlara şamil edilir.

Pensiyalar özəl sektoru işçiləri üçün fərqli şəkildə hesablanır. Özəl sektor işçiləri bal əsaslı sistem alırlar və mütləq ianə ödəməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin