Moskvada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronla rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, liderlərin son iki ildə ilk üz-üzə görüşüdür.
MÖVZU İLƏ BAĞLI:
Makron Putinlə danışıqlar aparmaq üçün Moskvaya uçdu – Sonra Kiyevə gedəcək
"Rusiya və Fransanın ümumi təhlükəsizliklə bağlı narahatlıqları var. Mən rəsmi Parisə bu problemin həllində iştirak etdiyinə görə təşəkkür etmək istəyirəm. Prezident Makronun Ukrayna ilə bağlı böhranı, digər təhlükəsizlik problemlərini həll etmək üçün nə qədər səy göstərdiyini görürəm", - deyə Putin əlavə edib.
E.Makron isə öz növbəsində deyib ki, təhlükəsizlik məsələsində hər kəs məsuliyyətli davranmalıdır. Problemlərin dialoq yolu ilə həllinə nail olunmalıdır.
Oral Mədənçi, Bizim.Media