Oval Ofisdə diqqətçəkən görüntü! - FOTO

Hazırda oxunan: Oval Ofisdə diqqətçəkən görüntü! - FOTO

590730

İranda etirazların 17-ci günündə ölənlərin sayının 2 min 550-yə çatdığı bir vaxtda, bu ölkəyə mümkün müdaxilə ilə bağlı gün sayılı günlər qaldığını deyən ABŞ prezidenti Donald Trampla bağlı diqqətçəkən görüntülər yayılıb.

Bizim.Media “haberler.com” saytına istinadən xəbər verir ki, kadrlarda Trampın Oval Ofisə daxil olan zaman ona bir sənəd verilib və o, masasına əyləşməmiş həmin sənədi oxumağa başlayıb.

Videonu paylaşan “News Nation”un Ağ Ev üzrə müxbiri Kelli Meyer X hesabında yazıb:

“Prezidentə bir sənəd verildiyini və onun Oval Ofisə daxil olan kimi oxumağa başladığını görə bilərsiniz”.
 

Trampa təqdim edilən sənədin İranda 12 min nəfərin öldürüldüyü iddia olunan etirazlarla bağlı ola biləcəyi ehtimalları səsləndirilir. Həmçinin sənəddə mümkün müdaxilə ilə bağlı detallı məlumatların yer aldığı da iddia olunur.


Xatırladaq ki, İranda 28 dekabr 2025-ci ildə milli valyutanın xarici valyutalara nisbətdə kəskin dəyər itirməsi və iqtisadi çətinliklər səbəbindən Tehranın Böyük Bazarı ərazisində ticarətçilərin başlatdığı etirazlar ölkənin bir çox şəhərinə yayılmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin