Ukrayna parlamentində korrupsiya QALMAQALI: Timoşenkonun ofisində axtarış aparıldı

Hazırda oxunan: Ukrayna parlamentində korrupsiya QALMAQALI: Timoşenkonun ofisində axtarış aparıldı

590710

Ukrayna Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu Ukrayna Ali Radasının "Batkivşina" partiyasının lideri Yuliya Timoşenkoya korrupsiya şübhəsi ilə bağlı bildiriş göndəriblər.

Bizim.Media xəbər verir ki, bu barədə "Ukrainskaya Pravda"nın siyasi dairələrdəki mənbələri məlumat yayıb.

Nəşr “Batkivşina” ofisində axtarış aparıldığını yazıb.

Timoşenko "Batkivşina" partiyasının ofisində axtarışlar aparıldığını təsdiqləyib.

Partiya lideri iddia edir ki, onun iş telefonları, parlament sənədləri və şəxsi əmanətləri müsadirə edilib və bu əmanətlər barədə məlumatlar rəsmi bəyannamədə tam əks olunub.

"Bütün absurd ittihamları qəti şəkildə rədd edirəm" - deyə Timoşenko sosial şəbəkədə yazıb.
 

Ukrayna Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğunun bəyanatında bildirilib ki, partiya rəhbəri müəyyən qanun layihələrini dəstəkləmələri və ya əleyhinə çıxmaları üçün öz fraksiyasının üzvləri olmayan ayrı-ayrı parlament üzvlərinə qanunsuz mükafatlar təklif edib.


Onun hərəkətləri ilkin olaraq, Ukrayna Cinayət Məcəlləsinin 369-cu maddəsinin 4-cü hissəsi ilə müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin