Tailandda tikinti kranının sərnişin qatarının üzərinə aşması nəticəsində azı 22 nəfər ölüb, 70 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə krallığın şimal-şərqində yerləşən Nakhonratçasima əyalətində baş verib.
Qatar Banqkok–Ubonratçatxani marşrutu üzrə hərəkətdə olub. Toqquşma nəticəsində qatar relsdən çıxıb və yanğın başlayıb.
Hadisə yerində xilasetmə xidmətlərinin əməkdaşları çalışır. Onlar üç vaqonda sıxışıb qalmış sərnişinləri xilas etməyə çalışırlar. Qatarda ümumilikdə təxminən 200 nəfər olub.



Bizim.Media

































































































