Qazaxıstan Baş Prokurorluğundan Lotu Qulinin dostu ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Qazaxıstan Baş Prokurorluğundan Lotu Qulinin dostu ilə bağlı AÇIQLAMA

59060

“Arman Cumageldiyevin qruplaşmasının üzvləri Almatı şəhərinin 12 saylı Şəhər Klinik Xəstəxanasında polis əməkdaşını şiddətlə döyərək ondan xidməti silahını alıb, həmçinin iğtişaşlar zamanı 24 mülki şəxsi qaçırıb”. 

Bizim.Media zakon.kz saytına istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun xüsusi prokurorlar xidmətinin rəhbəri Rizabek Ojarov deyib.

Ojarovun sözlərinə görə, oğurlananlar başqa yerə aparılıb, döyülüb və nəticədə onlardan biri ölüb.

“Sosial şəbəkələrdə, messencerlərdə müxtəlif fərziyyələr, yalan məlumatlar yayılır. İddialara görə, Cumageldiyev azad edilib və ya naməlum istiqamətə aparılıb. Rəsmi olaraq bildirirəm ki, əgər əvvəllər bu vətəndaş qanunsuz odlu silah saxladığına görə polis tərəfindən saxlanılıbsa, indi də kütləvi iğtişaşlar işi üzrə həbsdədir. Buna görə də, iki iş birləşdirilərək sonrakı icraat üçün xüsusi prokurorlara verilir. Onu Milli Təhlükəsizlik Komitəsinin (MTK) təcridxanasına köçürdük”, - Ojarov bildirib. 
 

Xatırladaq ki, “Dikiy Arman” ləqəbli Arman Cumageldiyev Türkiyənin Antalya şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Lotu Qulinin (Nadir Səlifov) yaxın dostu olub.


O, yanvarın əvvəllərində Qazaxıstanda başlayan iğtişaşlar zamanı İstanbul şəhərindən Almatıya gəlib və dəfələrlə kütlə qarşısında çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin