İranda iğtişaşlar zamanı ölənlərin dəhşətli görüntüləri – VİDEO

Hazırda oxunan: İranda iğtişaşlar zamanı ölənlərin dəhşətli görüntüləri – VİDEO

590551

“İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı artan zorakılığı qarşısında çox təəccübləndim”.

Bizim.Media xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.
BMT-nin məlumatına görə, hadisələr nəticəsində ölənlərin sayı artıq yüzlərlədir.

“Bu dəhşətli zorakılıq dövrü davam edə bilməz. İran xalqının ədalət, bərabərlik və hüquqlar tələbləri dinlənilməlidir”, – deyə Türkün bəyanatında qeyd olunub.

Bəyanatı BMT-nin İnsan Haqları üzrə Ofisinin nümayəndəsi Jeremy Lorens oxuyub.

Türk həmçinin etiraz aksiyaları zamanı saxlanılan minlərlə etirazçının ölüm cəzasına məruz qala biləcəyi barədə ciddi narahatlığını ifadə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin