“Sud Rail” və Fransa Milli Dəmir Yolları şirkətinin (SNCF) CGT həmkarlar ittifaqları yanvarın 13-ü üçün tətil çağırışı ediblər.
Bizim.Media xəbər verir ki, həmkarlar ittifaqları bu çağırışı məcburi illik danışıqların (NAO) başladığı gündə elan ediblər.
SNCF-in rəhbəri Jan Kasteks tərəfindən elan edilən 400 avro məbləğində mükafat məbləğinə baxmayaraq, “Sud Rail” və CGT bunu yetərli hesab etmir. Onlar bu məbləğdə daimi maaş artımı, pensiyaların artırılması və “13-cü maaşın” verilməsini tələb edirlər.
Həmkarlar ittifaqları, həmçinin, peşə fəaliyyətinin daim genişlənən vəzifələrlə daha da çətinləşdiyini, eyni zamanda kadr çatışmazlığının mövcud olduğunu vurğulayırlar. Bu səbəblərlə elan edilən tətil ciddi nəqliyyat problemləri yarada biləcəyi ilə bağlı narahatlıq doğurub.
SNCF rəsmi açıqlamasında bildirib ki, Okzitaniya (Occitanie) və İl-de-Frans (Île-de-France) bölgələrində qatarların hərəkət qrafikində dəyişikliklər gözlənilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:29 / 13.01.2026
Fransada qatar sürücüləri tətil edirlər
Hazırda oxunan: Fransada qatar sürücüləri tətil edirlər
Hazırda oxunan: Fransada qatar sürücüləri tətil edirlər
590519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































