Rusiyanın Ukraynaya "Oreşnik" zərbəsinə ABŞ-dan REAKSİYA

Hazırda oxunan: Rusiyanın Ukraynaya "Oreşnik" zərbəsinə ABŞ-dan REAKSİYA

590511

Vaşinqton “Oreşnik” raketinin tətbiqini təhlükəli və izaholunmaz eskalasiya adlandırıb.

Bizim.Media xəbər verir ki, ABŞ nümayəndəsi Temmi Bryus BMT Təhlükəsizlik Şurasının təcili iclasında bildirib. 

"Rusiya Ukraynanın enerji və mülki infrastrukturuna hücumları gücləndirir və bu, müharibənin daha da genişlənməsi təhlükəsi yaradır", - deyə Bryus bildirib.

Xatırladaq ki, yanvarın 9-u gecə saatlarında Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə “Oreşnik” raketləri ilə zərbələr endirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu zərbələr Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum cəhdinə cavab olaraq həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin