Hələbin kürd terrorçularından təmizlənməsi ilə bağlı Ərdoğandan İLK AÇIQLAMA

Hazırda oxunan: Hələbin kürd terrorçularından təmizlənməsi ilə bağlı Ərdoğandan İLK AÇIQLAMA

590501

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın MYK iclasında Suriya ordusunun Hələb əməliyyatları ilə bağlı ilk dəfə danışıb. Ərdoğan bildirib ki, Hələbin YPG silahlı dəstələrindən təmizlənməsi Suriyada sülh və sabitlik baxımından mühüm nailiyyətdir.

Bizim.Media xəbər verir ki, bu barədə haberler.com saytı yazıb.

“Hələbin YPG ünsürlərindən təmizlənməsi Suriyada sülh və əmin-amanlıq üçün vacib qazancdır. Türk, kürd və ərəblər arasında qardaşlığın pozulmasına imkan verə bilmərik”, – deyə o vurğulayıb.

Prezident, həmçinin Suriya hökumətinin prosesdə əhatəli və inklüziv yanaşma nümayiş etdirdiyinə diqqət çəkib.

Ərdoğan Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında imzalanmış 10 mart müqaviləsini xatırladaraq, Hələbdəki vəziyyətin bu razılaşmanın icrası üçün tarixi fürsət yaratdığını bildirib.

Məlumata görə, Suriya ordusu 10 yanvar tarixində yerli vaxtla saat 15:00-dan etibarən Hələbin Şeyx Maksud məhəlləsində hərbi əməliyyatları dayandırıb. Yasin Xəstəxanasında mövqe tutmuş YPG/SDQ silahlılarının silahsızlaşdırılaraq Tabka şəhərinə köçürüləcəyi açıqlanıb.

Qeyd olunur ki, Suriya ordusu ilə YPG/SDQ arasında baş verən toqquşmalarda azı 30 nəfər həlak olub. Suriya rəhbərliyi YPG/SDQ-dən 10 mart müqaviləsinə əməl etməyi və Hələbdə hücumları dayandırmağı tələb etsə də, hücumlar davam etdiyindən ordu Şeyx Maksud, Əşrəfiyyə və Bəni Zeyd məhəllələrində dəqiq əməliyyatlara başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin