İran rialının dəyəri sıfıra düşdü – FOTO

Hazırda oxunan: İran rialının dəyəri sıfıra düşdü – FOTO

590492

İranın milli valyutası rialın dollar və avro qarşısında dəyəri faktiki olaraq "0.00" səviyyəsinə enib.

Bizim.Media xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı yayıb.

Məlumata görə, iqtisadi böhran ölkə daxilində sosial gərginliyi daha da artırıb.

Rialın sürətlə dəyər itirməsi 2025-ci il dekabr 28-dən etibarən fasiləsiz davam edən etiraz aksiyalarını daha da alovlandırıb. Nümayişlər zamanı yüzlərlə insan həyatını itirib, minlərlə vətəndaş isə saxlanılıb.

Nəşr xəbər verir ki, valyutanın rekord səviyyədə ucuzlaşması ilə paralel olaraq inflyasiya sürətlə yüksəlib, ərzaq və əsas istehlak mallarının qiymətləri kəskin artıb. Yaşayış xərclərinin dözülməz həddə çatması əhalinin əsas narazılıq səbəblərindən birinə çevrilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin