“İranla əməkdaşlıq edən bütün ölkələrə 25 faizlik gömrük rüsumları tətbiq olunacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.
“İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ ilə bütün növ əməliyyatlara 25% rüsum ödəyəcək”, - deyə ABŞ prezidenti bildirib.
Tramp qeyd edib ki, qərar dərhal qüvvəyə minəcək və bu sərəncam qətidir.
Bizim.Media



































































































