PROSES BAŞLADI: Nümayəndələr Palatasına Qrenlandiyanın ilhaqı ilə bağlı qanun layihəsi təqdim edildi

Hazırda oxunan: PROSES BAŞLADI: Nümayəndələr Palatasına Qrenlandiyanın ilhaqı ilə bağlı qanun layihəsi təqdim edildi

590449

ABŞ Nümayəndələr Palatasının üzvü Rendi Fayn Vaşinqtonun Qrenlandiyanı ilhaq etməsinə imkan verən qanun layihəsini təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə onun rəsmi saytında dərc olunmuş bəyanatda bildirilib.

Qanun layihəsi Amerika Prezidentinə “Danimarka Krallığı ilə danışıqlar aparmaq, Qrenlandiyanı ilhaq etmək və ya onu başqa üsullarla ABŞ ərazisi kimi əldə etmək də daxil olmaqla zəruri tədbirlər görmək” səlahiyyəti verir. Sənədə əsasən, bundan sonra Qrenlandiyanın ABŞ ərazisi hesab ediləcəyi nəzərdə tutulur.

Rendi Faynın sözlərinə görə, qanun layihəsi “Arktikada ABŞ-ın milli maraqlarını qorumaq və Çin və Rusiyadan gələn artan təhdidlərə qarşı durmaq” məqsədi daşıyır.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin vacibliyini bildirib. O, ilk prezidentlik müddətində Qrenlandiyanı satın almağı təklif edib, daha sonra isə 2025-ci ilin mart ayında adanın ilhaq edilə biləcəyinə əminliyini ifadə edərək, imtina ediləcəyi təqdirdə Danimarkanı ticarət tarifləri ilə hədələyib. Danimarkanın Baş naziri Mette Frederiksen bu iddiaları rədd edərək, Qrenlandiyanın krallığın ayrılmaz hissəsi olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin