Danimarka Qrenlandiyanı BMT-nin norma və prinsiplərini kənara qoyaraq faktiki olaraq işğal edib.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi Landri deyib.
Onun sözlərinə görə, bu məsələni dəyərləndirərkən tarixi kontekst mühüm əhəmiyyət daşıyır.
Landri xatırladıb ki, İkinci Dünya müharibəsi zamanı Danimarka Almaniya tərəfindən işğal olunduğundan Qrenlandiyanın suverenliyini təmin etmək imkanında deyildi. Həmin dövrdə ABŞ Qrenlandiyanın təhlükəsizliyini və suverenliyini qoruyub.
Onun sözlərinə görə, müharibədən sonra Danimarka Qrenlandiya üzərində nəzarəti yenidən bərpa edib, lakin bunu BMT protokollarını və beynəlxalq hüquq normalarını nəzərə almadan həyata keçirib.
Bizim.Media


































































































