Makron Putinlə danışıqlar aparmaq üçün Moskvaya uçdu – Sonra Kiyevə gedəcək

Hazırda oxunan: Makron Putinlə danışıqlar aparmaq üçün Moskvaya uçdu – Sonra Kiyevə gedəcək

59024

Fransa Prezidenti Emmanuel Makron Ukrayna ətrafında yaranmış gərginliklə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya yola düşüb.

Bizim.Media Reuters agentliyinə istinadla xəbər verir ki, Fransa Prezidenti rusiyalı həmkarı ilə danışıqlardan sonra ertəsi gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gedəcək.

Emmanuel Makrona yaxın mənbənin sözlərinə görə, səfərin əsas məqsədi aprel ayında Fransada keçiriləcək seçkilər ərəfəsində vəziyyəti bir neçə aylığına dondurmaq cəhdinə hesablanıb.

“Bu, prezident üçün Avropada öz liderliyini göstərmək imkanıdır”, - Fransa hökumətindəki mənbə jurnalistlərə belə deyib.

Qeyd edək ki, bir müddət öncə Fransa lideri ABŞ Prezidenti Cozef Baydenlə, yanvar ayının sonunda isə Almaniya kansleri Olaf Şoltsla telefonda danışıb.
Emmanuel Makron, həmçinin cümə günü Böyük Britaniyanın Baş naziri Boris Consonla telefon danışığı zamanı Ukraynadakı vəziyyəti və Rusiyaya qarşı mümkün sanksiyaları müzakirə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin