Tramp: "Kubaya neft və pul getməyəcək"

Hazırda oxunan: Tramp: "Kubaya neft və pul getməyəcək"

590186

"Kuba uzun müddət Venesueladan gələn neft tədarükü hesabına əvəzində "təhlükəsizlik xidmətləri" göstərməklə yaşayıb, lakin indi vəziyyət dəyişib".

Bizim.Media bildirir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
 

"Kubaya nə neft, nə də pul gedəcək - sıfır! Onlara çox ciddi şəkildə məsləhət görürəm ki, çox gec olmadan sövdələşməyə hazır olsunlar", - deyə Tramp vurğulayıb.


Yanvarın 3-də ABŞ hərbi əməliyyat keçirərək Venesuela Prezidenti Nikolas Maduronu tutub və mühakimə olunmaq üçün Nyu-Yorka aparıb.

Donald Trampın paylaşımından bəlli olur ki, əməliyyat zamanı, Venesuelaya təhlükəsizlik xidmətləri göstərən kubalıların əksəri öldürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin