Etirazlardan sonra İran rəhbərliyi dəyişərsə, İsrail Tehranla tərəfdaşlıq əlaqələri qura bilər.
Bizim.Media "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu həftəlik kabinet iclasında çıxışı zamanı bildirib.
"Biz İranın qəhrəman və cəsur vətəndaşlarının yanındayıq və (hakimiyyət dəyişikliyindən – red) sonra hər iki xalqın rifahı naminə birlikdə yaxşı işlər görəcəyik. O gün gələndə İsrail və İran bir daha firavan və dinc bir gələcək qurmaqda sadiq tərəfdaşlar olacaqlar", - deyə o bildirib.
Bu gün səhər İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-nin ölkəyə hücum edəcəyi təqdirdə İranın İsrail və Amerika hədəflərinə zərbə endirəcəyi ilə hədələyib.
Bizim.Media































































































