İDDİA: Kadırov ağır vəziyyətdə XƏSTƏXANAYA QALDIRILDI

Hazırda oxunan: İDDİA: Kadırov ağır vəziyyətdə XƏSTƏXANAYA QALDIRILDI

590167

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyrəkləri sıradan çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə yanvarın 11-də “Ukrinform” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbə qeyd edir ki, Ramzan Kadırov hazırda Çeçenistanda ona məxsus olan xəstəxanada müalicə alır.
 

Xəstəliyinə görə ailə üzvləri, o cümlədən digər ölkələrdən olan qohumları da onun yerləşdiyi xəstəxanaya toplaşıblar.


Kadırovun səhhətindəki problemlər fonunda Çeçenistan liderinin mümkün varisinin müəyyənləşdirilməsi prosesi də xeyli fəallaşıb. Ən real namizədlər sırasında region hökumətinin rəhbəri Maqomed Daudov, “Axmat” xüsusi təyinatlı alayının komandiri Apti Alaudinov, eləcə də Ramzan Kadırovun müvəqqəti baş nazir müavini təyin etdiyi böyük oğlu Axmat Kadırovun adı çəkilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin