Bu ölkədə 2000-dən çox məhkum azadlığa buraxıldı

Hazırda oxunan: Bu ölkədə 2000-dən çox məhkum azadlığa buraxıldı

590159

Qazaxıstan hakimiyyəti ölkə konstitusiyasının 30-cu ildönümü ilə əlaqədar əfv fərmanı ilə 2000-dən çox insanı azadlığa buraxıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Dövlət Penitensiar Xidməti məlumat yayıb.
 

Qeyd olunub ki, əfv fərmanına ümumilikdə 11 min məhkum daxil edilib. Belə ki, probasiya xidmətlərində qeydiyyatda olan məhkumlarla bağlı materialların araşdırılması nəticəsində qadınlar və yetkinlik yaşına çatmayanlar da daxil olmaqla 2888 nəfər cəzadan azad edilib, 7600-dən çox məhkumun cəzası isə azaldılıb.


Eyni zamanda əfv olunanlar üçün məşğulluqla bağlı yardım, sosial, psixoloji və məsləhət dəstəyi də daxil olmaqla, hərtərəfli dəstək tədbirləri təşkil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin