Suriya hökuməti Hələbi tam nəzarətə aldı

Hazırda oxunan: Suriya hökuməti Hələbi tam nəzarətə aldı

590152

Suriya Demokratik Qüvvələri (SDQ) Hələb şəhərindən tamamilə çıxarılaraq avtobuslarla ölkənin şimal-şərq bölgələrinə təxliyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Hələb qubernatoru bəyanat yayıb.

Onun sözlərinə görə, bununla da Suriya hökuməti, sabiq prezident Bəşər Əsədin hakimiyyətinin süqutundan sonra ilk dəfə olaraq Hələbə tam nəzarəti bərpa edib.
 

Buna baxmayaraq, bölgədə gərginlik və zorakılıq riski hələ də qalmaqdadır. Son silahlı qarşıdurmaların əsas səbəbi SDQ qüvvələrinin dövlət institutlarına inteqrasiya edilməsi prosesinin uğursuzluğa düçar olmasıdır.


Xatırladaq ki, ötən ilin mart ayında Dəməşq rəhbərliyi ilə SDQ arasında "tarixi" adlandırılan razılaşma əldə edilmişdi. Sənədə əsasən, qruplaşma 2025-ci ilin sonuna qədər hökumət qüvvələrinə və rəsmi strukturlara birləşməli idi. Artıq yeni təqvim ili başlasa da, qoyulan son müddət nəticəsiz başa çatıb və şərtlər yerinə yetirilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin