"Etirazlar və iğtişaşlar bir-birindən ayrılmalıdır, qarşıdurma və toqquşma yaradanlar ağır cəza ilə üzləşəcəklər".
Bizim.Media xəbər verir ki, bunu İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
Onun sözlərinə görə, dinc aksiyalar ölkədə yaranan iqtisadi problemlərdən qaynaqlanan xalq etirazlarıdır:
"Ali rəhbərin vurğuladığı kimi, bu etirazlar tamamilə anlaşılandır. İqtisadi, xüsusən də valyuta sahəsində sabitliyin təminatı xalqın haqlı tələblərindən biridir".
İranın Təhlükəsizlik Şurasının katibinin fikrincə, xalqın iqtisadi tələbləri ilə heç bir əlaqəsi olmayan dağıdıcı bir hərəkat da meydana çıxıb:
"Bu hərəkat etirazlardan sui-istifadə edərək çox zorakı və cinayətkar davranışlara əl atıb, o cümlədən insanları öldürmək, şəxsləri yandırmaq kimi zorakılıq aktları törədib".
O əlavə edib ki, hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşı yaralanıb və təəssüf ki, bir neçəsi ölüb:
"Etiraz və toqquşmalara qatılmayan dinc sakinlər arasında da ölən və yaralananlar var".
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:16 / 11.01.2026
Qarşıdurma yaradanlara ağır cəza veriləcək - Əli Laricani
Hazırda oxunan: Qarşıdurma yaradanlara ağır cəza veriləcək - Əli Laricani
Hazırda oxunan: Qarşıdurma yaradanlara ağır cəza veriləcək - Əli Laricani
590142
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































