Bu ölkədə 11 yanacaqdoldurma məntəqəsi partladıldı

Hazırda oxunan: Bu ölkədə 11 yanacaqdoldurma məntəqəsi partladıldı

590113

Tailandın cənubunda yaraqlılar PTT neft-qaz şirkətinə məxsus 11 yanacaqdoldurma məntəqəsində partlayıcı qurğuları işə salıblar və yanğınlar törədiblər.

Bizim.Media bu barədə "One 31" telekanalına istinadən xəbər verir.

Məlumata görə, partlayış və yanğınlar Narathivat, Pattani və Yala prefekturalarında baş verib. Bir polis əməkdaşının yaralandığı bildirilir.

Qeyd edək ki, Tailandın müsəlmanların sayca üstünlük təşkil etdikləri cənub hissəsində silahlı münaqişə 70 ildən çoxdur davam edir. Silahlı birləşmələr, xüsusilə, 2004-cü ildən bəri aktiv fəaliyyət göstərirlər. Onlar regionun ayrılmasına və Pattani, Yala və Narathivat prefekturalarının ərazisində sultanlığın yaradılmasına çalışırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin