Britaniya Qrenlandiyaya qoşun göndərəcək? - VƏZİYYƏT GƏRGİNLƏŞİR

Hazırda oxunan: Britaniya Qrenlandiyaya qoşun göndərəcək? - VƏZİYYƏT GƏRGİNLƏŞİR

590088

Qrenlandiyanın təhlükəsizliyini gücləndirmək və ABŞ tərəfindən ilhaqının qarşısını almaq üçün Böyük Britaniya hökuməti adaya qoşun göndərmək istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Sunday Telegraph” məlumat yayıb. Bildirilib ki, Britaniya bununla bağlı Avropa ölkələri ilə müzakirə aparır.

Nəşrin məlumatına görə, Böyük Britaniya hərbi komandanlığı Qrenlandiyada NATO missiyasının yaradılması planları üzərində işləyir. Qeyd olunur ki, son günlərdə Britaniya rəsmiləri hərbi kontingentlərin yerləşdirilməsi üçün hazırlıqlara başlamaq məqsədilə Fransa və Almaniya da daxil olmaqla, avropalı həmkarları ilə bir sıra görüşlər keçiriblər. 

Nəşr qeyd edib ki, planlar hələ ilkin mərhələdədir. Londonun NATO missiyasına təkcə şəxsi heyət deyil, həm də hərbi gəmilər və təyyarələrin də töhfə verə biləcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin