Avropa Komissiyasının rəhbəri İrandakı etirazçıları DƏSTƏKLƏDİ

Hazırda oxunan: Avropa Komissiyasının rəhbəri İrandakı etirazçıları DƏSTƏKLƏDİ

590051

“Tehranın küçələrində və dünyanın müxtəlif şəhərlərində azadlıq tələb edən iranlı qadın və kişilərin addım səsləri eşidilir. Söz demək, toplaşmaq, səyahət etmək və hər şeydən əvvəl azad yaşamaq… Avropa onları tam şəkildə dəstəkləyir”.

Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen X sosial şəbəkəsində yazıb.

“Biz bu qanuni nümayişlərin amansız şəkildə yatırılmasını qətiyyətlə pisləyirik. Buna görə məsul olanlar tarixin yanlış tərəfində qalacaqlar. Biz həbs edilmiş bütün etirazçıların dərhal azadlığa buraxılmasına çağırırıq. İnternetə tam çıxışın bərpa olunmasına çağırırıq. Və nəhayət, əsas insan hüquqlarına hörmət edilməsinə çağırırıq”, - Lyayen qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin