Tbilisidə ticarət mərkəzində YANĞIN OLDU

Hazırda oxunan: Tbilisidə ticarət mərkəzində YANĞIN OLDU

589944

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən "Qızıl Ark" (Kidobani) ticarət mərkəzində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın ticarət mərkəzindəki mağazalardan birində başlayıb. Məlumata görə, hadisə yerinə operativ şəkildə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb olunub.

Mağaza sahiblərinin sözlərinə görə, yanğın qızıl mağazasında başlayıb və sonra digər mağazalara keçib.

Ərazidəki yanğın söndürülüb, lakin mağazalara ciddi ziyan dəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin