Atlantik okeanında saxlanılan “Marinera” tankerinin heyəti arasında ukraynalılar da var

Hazırda oxunan: Atlantik okeanında saxlanılan “Marinera” tankerinin heyəti arasında ukraynalılar da var

589927

Ukraynanın ABŞ-dakı səfirliyi “Marinera” tankerinin heyəti arasında ukraynalıların olduğunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, gəminin göyərtəsində Ukrayna vətəndaşlığına malik 17 heyət üzvü var.

Diplomatik nümayəndəlik bildirib ki, ABŞ qurumları ilə daimi əlaqə saxlayırlar və ukraynalılara konsulluq çıxışının təmin olunması tələbi ilə artıq ABŞ Dövlət Departamentinə müraciət ediblər.

Sonrakı addımlar bütün halların tam aydınlaşdırılmasından asılı olacaq.

Qeyd edək ki, yanvarın 7-də ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı Atlantik okeanında Rusiya neft tankeri “Marinera”nı saxlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin