ABŞ-da Miqrasiya Xidmətinin agenti qadını güllələdi- VİDEO

Hazırda oxunan: ABŞ-da Miqrasiya Xidmətinin agenti qadını güllələdi- VİDEO

589711

Minneapolis şəhərində ABŞ Miqrasiya Xidmətinin (ICE) agenti Rene Nikol 37 yaşlı Maklin Qud soyadlı qadını başından güllələyərək öldürüb. Hadisə geniş etirazlara səbəb olub, məktəblər bağlanıb, insanların bir hissəsi etiraz aksiyalarına çıxıb.

Bizim.Media “The Independent” nəşrinə istinadən xəbər verir ki, hadisə zamanı Maklin Qud avtomobili ilə hərəkət etməyə çalışıb, agent isə qarşısını kəsərək atəş açıb.

Ölən qadın üç uşağın anası idi və hüquq-mühafizə işlərində heç vaxt adı hallanmamışdı.

Daxili təhlükəsizlik naziri Kristi Noem agentləri müdafiə edərək onları geri çəkməyəcəyini açıqlayıb, prezident Donald Tramp isə ICE işçilərini sosial şəbəkələrdə müdafiə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin