Bu gün günorta saatlarında İstanbulda baş verən şiddətli fırtına fəsadlara səbəb olub.
Bizim.Media xəbər verir ki, əvvəlcə şiddətli yağış yağıb. Sonra baş verən fırtına nəticəsində şəhərin müxtəlif yerlərində ağaclar ya qırılıb, ya da kökündən çıxaraq maşınların üzərinə aşıb, bəzi binaların dam örtüyü dağılıb.
Fırtına ilə əlaqədar İstanbulu əhatə edən sularda gəmi səfərləri təxirə salınıb. Bəzi limanlarda qayıqlar aşıb.
Təbiət hadisəsinin vurduğu zərərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:16 / 08.01.2026
İstanbulda fırtına: Gəmi səfərləri təxirə salındı, qayıqlar aşdı - VİDEO
Hazırda oxunan: İstanbulda fırtına: Gəmi səfərləri təxirə salındı, qayıqlar aşdı - VİDEO
Hazırda oxunan: İstanbulda fırtına: Gəmi səfərləri təxirə salındı, qayıqlar aşdı - VİDEO
589696
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































