Müsəlman gənclər kilsələrə niyə gedirlər? – Maraqlı SƏBƏB

Hazırda oxunan: Müsəlman gənclər kilsələrə niyə gedirlər? – Maraqlı SƏBƏB

589688

Hər il yanvarın 7-də Azərbaycanda yaşayan pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu qeyd edirlər. Bu mərasimlər təkcə Bakıda deyil, bölgələrdəki pravoslav kilsələrində də keçirilir. Xristianların Pasxadan sonra ikinci ən böyük bayramı sayılan Mövlud Günündə pravoslavlar kilsələrdə şamlar yandıraraq, dualarla müqəddəsləri yad edirlər.

 

Azərbaycanda mövcud olan tolerant mühit bu bayramın qeyd olunması və pravoslav nümayəndələrinin öz dini ənənələrini rahat yerinə yetirməsi üçün şərait yaradılır. Amma maraqlıdır ki, xristianlarla yanaşı müsəlmanlar da, bu müqəddəs gündə kilsələrə gəlir şam yandırır, təbriklərə qoşulurlar.

Bayramla əlaqədar olaraq axşamdan şirniyyatlar bişirib, dini ayinlərdən sonra onları paylayırlar. Pravoslav icma nümayəndələri müxtəlif dinlərin nümayəndələrinin bu yanaşmasını pozitiv qiymətləndirirlər. Bildirirlər ki, bəzən müsəlmanlar hörmət əlaməti olaraq kilsəyə gəlirlər. Bəzən isə fərqli bayram ab-havasını hiss etmək istəyənlər də maraq üçün tamaşa edirlər. Maraq üçün gələnlər arasında gənclər üstünlük  təşkil edir.

İcma nümayəndəsi Qalina İzmaylova Bizim.Media-ya məsələ ilə bağlı bildirdi ki, Azərbaycan tolerant ölkədir, burada müxtəlif dindən olan insanların birgə bayram keçirməsi təəccüblü deyil:

“Azərbaycanda heç kimə başqa dindən olduğuna görə münasibət dəyişmir, vətəni, xalqı nə qədər sevdiyinə görə səmimiyyət qurulur. Özümüzə qarşı həmişə müsəlman həmvətənlərimizdən yaxşı münasibət görmüşük və bu qarşılıqlıdır. Biz də Azərbaycanın dini bayramlarına hörmət edirik.

Ramazanda oruc tutan xristian qohumlarım var, hətta müsəlman dostları onları iftar məclisinə də dəvət edirlər. Eynilə də müsəlman azərbaycanlılar tanıyıram ki, kuliçlər bişirib evimizə pay gətirirlər, yaxud kilsəyə gəlib şam yandırırlar. Çünki İsa peyğəmbərə və Məryəm Anaya hörmətlə yanaşırlar. Belə mehriban insanların sayı getdikcə artır, biz də buna müsbət yanaşırıq. Kilsə Tanrrının evidir və onun qapısı hamı üçün, bütün dinlərdən olan nümayəndələr üçün açıqdır”.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin