Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin miqrasiya siyasəti ilə bağlı yeni qanun layihələrinin parlamentin aşağı palatasına təqdim edilməsinə hazırlıqların aparıldığını açıqlayıb.
Bizim.Media xəbər veir ki, o, bu barədə özünün “Telegram” kanalında məlumat verib.
Xüsusilə, Rusiyaya üç aydan çox müddətə gələn bütün əcnəbilər üçün məcburi tibbi müayinə müddətinin 90 gündən 30 günə endirilməsini nəzərdə tutan qanun layihəsi Dövlət Dumasına təqdim ediləcək.
Bundan əlavə, tibb təşkilatlarını tamamlanmış hesabatlar barədə Daxili İşlər Nazirliyinə və xarici vətəndaşda yoluxucu xəstəliyin olması barədə "onların təcili deportasiyası məqsədilə" Rospotrebnadzora məlumat göndərməyə məcbur etmək planlaşdırılır.
Volodin bildirib ki, tibbi müayinədən keçməkdən imtina edən əcnəbilərə qarşı inzibati cəzalar da təklif olunur. Bu pozuntu cərimə və məhkəmə qərarı ilə deportasiya ilə cəzalandırılacaq.
Eyni zamanda, başqaları üçün təhlükə yarada biləcək xəstəliklərin olmamasını təsdiq edən sənədlərin saxtalaşdırılmasına görə cinayət məsuliyyətinin sərtləşdirilməsi planlaşdırılır.
Volodin yekun olaraq bildirib ki, təklif olunan tədbirlər "miqrantlar üzərində nəzarəti gücləndirməyə və ictimai təhlükəsizliyi yaxşılaşdırmağa yönəlib".
Hazırda Rusiyada iş icazəsi, müvəqqəti yaşayış icazəsi və ya daimi yaşayış üçün müraciət edən bütün əcnəbilər tibbi müayinədən keçməlidirlər. Səhiyyə Nazirliyinin 19 noyabr 2021-ci il tarixli 1079n nömrəli əmrinə əsasən , xarici vətəndaşlar narkotik maddələrin istifadəsi və başqaları üçün təhlükəli olan HİV, sifilis, cüzam və vərəm kimi xəstəliklərə görə yoxlanılır.
Əcnəbi ölkəyə iş üçün gəlibsə, tibbi müayinə 30 gün ərzində başa çatdırılmalıdır. Digər məqsədlər üçün isə bu müddət 90 gündür.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:11 / 08.01.2026
Rusiyada miqrantlara qarşı daha bir QANUN – Bu halda deportasiya olunacaqlar
Hazırda oxunan: Rusiyada miqrantlara qarşı daha bir QANUN – Bu halda deportasiya olunacaqlar
Hazırda oxunan: Rusiyada miqrantlara qarşı daha bir QANUN – Bu halda deportasiya olunacaqlar
589680
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































