Etiraz dalğası stadiona çatdı: İran milli futbol komandası himni oxumadı – VİDEO

Hazırda oxunan: Etiraz dalğası stadiona çatdı: İran milli futbol komandası himni oxumadı – VİDEO

589657

Dünən İranda ümumxalq etirazlarının 11-ci gününə təsadüf edən 23 yaşadək futbolçular arasında Asiya çempionatında keçirilən İran – Cənubi Koreya oyunundan paylaşılan görüntülər diqqət çəkib.

Bizim.Media xəbər verir ki, görüntülərdə İranın milli futbol komandası oyun öncəsi İslam Respublikasının himnini oxumayıb, oyunçular kədərli üz ifadələri ilə stadionda səslənən himni dinləyiblər.

Oyun 0-0 hesabı ilə heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, indiyə qədər İran Futbol Federasiyası müxtəlif səviyyəli milli komanda oyunçularını hərbi salam ilə birlikdə dövlət himnini oxumağa məcbur edirdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin