Tramp Venesuelaya nə vaxt gedəcək?

Hazırda oxunan: Tramp Venesuelaya nə vaxt gedəcək?

589643

ABŞ prezidenti Donald Tramp gələcəkdə Venesuelaya səfər etmək istədiyini, lakin bunun yalnız təhlükəsiz şərait yaranandan sonra mümkün ola biləcəyini deyib.

Bizim.Media xəbər verir ki, bu barədə o, The New York Times (NYT) qəzetinə müsahibəsində danışıb.

“Düşünürəm ki, müəyyən bir vaxtda ora təhlükəsiz olacaq”, — deyə Tramp qeyd edib.

Yanvarın 8-də respublikaçı senator Rik Skott Fox Business telekanalının efirində ABŞ-ın Latın Amerikasını tam nəzarət altına almağı planlaşdırdığını bəyan edib.

Skottun sözlərinə görə, Birləşmiş Ştatlar Kubada və Nikaraquada “nizam-intizam yaratmaq”, Kolumbiyada isə yeni prezident təyin etmək niyyətindədir.

Bundan əlavə, Tramp regionda kokain istehsalı ilə əlaqədar Venesuela nümunəsində olduğu kimi Kolumbiyada da hərbi əməliyyat keçirilməsini istisna etməyib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelaya zərbələr endirib: ölkənin paytaxtı Karakasda və Fort-Tiuna hərbi bazasında partlayışlar qeydə alınıb. Hücumlardan sonra Tramp əməliyyatı uğurlu adlandırıb və Amerika hərbçilərinin Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşını ələ keçirdiyini açıqlayıb. Ağ Ev rəhbəri vurğulayıb ki, Maduro “artıq prezident deyil” və Venesuelanın idarə olunması “hakimiyyət təhvil verilənədək” ABŞ-ın nəzarətinə keçir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin