Məşhur “Chess.соm” portalı şahmat tarixində ən çox mükafat qazanan qrossmeysterlərin siyahısını tərtib edib. Burada mükafat fondu 10.000 dollardan çox olan yarışlar hesaba alınıb.
Bizim.Media xəbər verir ki, sözügedən siyahıda azərbaycanlı qrosmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yer alıb.
Siyahının 21-ci sırasında olan qrosmeyster Şəhriyar Məmmədyarov ümumillikdə 1 milyon 781 min 988 dollar (3,030,000 AZN), 2025-ci ildə isə 38 min 639 dollar (65.686,30 AZN) mükafat qazanıb.
Siyahının 28-ci sırasındakı Teymur Rəcəbov isə ümumi olaraq 1 milyon 117 min 290 dollar (1.900.000 AZN), 2025-ci ildə isə 6,275 dollar (10.667,50 AZN) qazanıb.
Sözügedən cədvəlin ilk pilləsində norveçli Maqnus Karlsen yer alıb. O, indiyədək 12 milyon 232 min 249 dollar (2025-ci ildə 1 milyon 455 min 276) qazanıb.

Bizim.Media

- A-
- A
- A+
Dünya
11:49 / 08.01.2026
Qrossmeysterlərimizin qazandığı pulun məbləği AÇIQLANDI - FOTO
Hazırda oxunan: Qrossmeysterlərimizin qazandığı pulun məbləği AÇIQLANDI - FOTO
Hazırda oxunan: Qrossmeysterlərimizin qazandığı pulun məbləği AÇIQLANDI - FOTO
589633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































