Tramp: “Müdaxiləm olmasaydı, Rusiya bütün Ukraynaya nəzarət edərdi”

Hazırda oxunan: Tramp: “Müdaxiləm olmasaydı, Rusiya bütün Ukraynaya nəzarət edərdi”

589586

ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsindəki paylaşımında Norveç və NATO-nun ünvanına sərt tənqidlər ünvanlayıb.

Bizim.Media xəbər verir ki, Ağ Ev rəhbəri alyansın Avropa ölkələrinin uzun müddət müdafiə sahəsinə kifayət qədər vəsait ayırmadığını və onun hakimiyyətə gəlişinədək hesabları ödəmədiklərini, yalnız onun səylərindən sonra hərbi xərclərin artırılmasına nail olunduğunu bildirib.

Donald Tramp beynəlxalq siyasətdəki rolunu bir daha vurğulayıb.

“Əgər mənim müdaxiləm olmasaydı, Rusiya artıq bütün Ukraynaya nəzarət edərdi. Unutmayın, səkkiz müharibəni təkbaşına başa çatdırmışam”, – deyə o, paylaşımında yazıb.

ABŞ Prezidenti Norveç barədə də fikir bildirərək, bu ölkənin ona Nobel Sülh Mükafatını axmaqcasına vermədiyini qeyd edib.

“Amma bunun əhəmiyyəti yoxdur. Əsas odur ki, mən milyonlarla insanın həyatını xilas etmişəm”, – deyə Tramp vurğulayıb.

O, həmçinin NATO-nun ABŞ üçün etibarlı müttəfiq olub-olmamasını sual altına alaraq xatırladıb ki, alyansın 5-ci maddəsi yalnız bir dəfə – 2001-ci il sentyabrın 11-də başverən terror aktlarından sonra tətbiq olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin